Bu Gün İşğaldan Azad edilən Ərzailərimiz - Foto

21 Ekim 2020
793
0
Bu Gün İşğaldan Azad edilən Ərzailərimiz - Foto
Prezident İlham Əliyev: Azərbaycan ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini, Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib

Feat.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Dövlətimizin başçısı rəşadətli Azərbaycan ordusunun aşağıdakı yaşayış məntəqələrini azad etdiyini bildirib:

Füzuli rayonu: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.

Cəbrayıl rayonu: Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri.

Zəngilan rayonu: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


Bu Gün İşğaldan Azad edilən Ərzailərimiz - Foto
Mənbə:Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.