Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə 6 ballistik raket atıb

22 Ekim 2020
141
0
Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə 6 ballistik raket atıb
Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Bu barədə
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.
Mənbə:Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET