“Nikon”un ən bahalı fotoaparatı - FOTO

22 Kasım 2014
4 198
0
“Nikon”un ən bahalı fotoaparatı - FOTO
“Nikon”un ən bahalı fotoaparatı - FOTO

"Nikon” tarixindəki ən bahalı fotoaparat satışa çaxırılır. Idman həvəskarları üçün hazırlanmış rəqəmli fotoaparat ekstravaqant və unikal dizaynla diqqət çəkir. Satışa çıxarılacaq "Nikon DF” dəsti "Nikkor” obyektivi ilə bazara çıxarılacaq.

Bu fotoaparatın bazara 41 min 395 dollara satışa çıxarılacağı nəzərdə tutulub. Rəqəmsal fotoaparatı "Brikk” şirkəti qızıl suyundan hazırlayıb. Fotoaparat 24 karatlıq qızılla əhatə olunub.

"Brikk” şirkətindən bildirilib ki, sözügedən aparat məhdud sayda istehsal olunub və cəmi 77 ədəddir. Bu fotoaparatın hazırlanmasında 1977-ci il istehsalllı qızıl güzgülü "Nikon FM”dən ilhamlanıb.

Qeyd edək ki, satışa çıxacaq yeni aparat öz nəslinin köhnə nümayəndəsindən 10 dəfə baha qiymətə olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.