Limonun möcüzəvi gözəllik sirləri.

11 Aralık 2014
2 170
0
  Limonun möcüzəvi gözəllik sirləri.
  Limonun möcüzəvi gözəllik sirləri.

Gözəl olmaq üçün nələr etmirik? Saysız, hesabsız makiyaj vasitələrinə pul xərcləyirik , daim gözəllik salonlarına gedirik. Bəzən bütün bunlar istənilən nəticəni vermir. Ancaq biz təbii vasitələrin əsl gözəllik mənbəyi olduğunu unuduruq. Məsələn, götürək elə adi limonu. Limon çox faydalıdır. Onun suyu antiseptikdir. Bununla yanaşı limon suyu dərini təravətləndirən vasitədir. Limondan düzgün istifadə etdikdə gözəl nəticə əldə etmək olar.

Qatıqlı- limon pilinqi:

1 qaşıq limon suyu (təzə sıxılmış limon suyu), 4 qaşıq qatıq və 1 qaşıq bal. Qatıq və bal anti -bakterial təmizləyicidir. Bu qarışımı üzünüzə çəkib 10 dəqiqə gözləyin və ilıq suyla yuyun.


Bal - limon üz təmizləyici:

2 xörək qaşığı bal, 1 xörək qaşığı qara qəndin tozu və yarım dənə limonun suyu. Hamısını qarışdırıb üzünüzü az miqdarda çəkin və ovun . Bu maska üzdə 5 dəqiqə qalmalıdır. Sonra üzünüzü ilıq suyla yuyun. Yerdə qalan qarışımı 3-4 gün saxlamaq şərtilə yenə istifadə edə bilərsiz.


Limonun ayaqlara faydası:

Yarım stəkan qara qənd, 2 xörək qaşığı zeytunyağı və təzə sıxılmış yarım dənə limonun suyu. Bu qarışımı ayaqlarınıza masaj edərək sürtün. İlıq suyla yuyun, sonra ayaqlarınıza nəmləndirici çəkin. Bu qarışım dirsəklər üçün də faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.