Bizim çoxlu problemlərimiz var.

11 Aralık 2014
1 737
0
Bizim çoxlu problemlərimiz var.
Bizim çoxlu problemlərimiz var.

Teleaparıcı Samirə Mustafayeva media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin xəbər aparıcılarının reklama çəkilməsi haqda səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Feat.Az xəbər verir ki, teleaparıcı qafqazinfo-ya açıqlamasında daha öncə jurnalistlərin problemləri ilə maraqlanmağı məsləhət görüb:

"Əvvəl teleaparıcıların, jurnalistlərin problemləri ilə maraqlansınlar. Bizim çoxlu problemlərimiz var. Araşdırsınlar ki, teleaparıcı niyə reklamlara çəkilir. Daha sonra bu haqda müzakirələr aparsınlar və aparıcıları tənqid etsinlər".

Qeyd edək ki, Ələsgər Məmmədli kulis.az-a açıqlamasında bildirib ki, qanuna görə xəbər aparıcılarının reklam çarxlarına çəkilməsi yolverilməzdir və qanunvericilikdə ciddi şəkildə məsuliyyət müəyyən olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.