Siz Türkiyədə məşhur olmayacaqsınız.

12 Aralık 2014
1 425
0
Siz Türkiyədə məşhur olmayacaqsınız.
Siz Türkiyədə məşhur olmayacaqsınız.

Əməkdar artist Ədalət Şükürov Türkiyə şou-biznesində məşhurlaşmağa can atan sənət dostlarına məsləhət verib.

Feat.Az saytı axsam.az saytına istinadən bildirirki, "Gündəlik" verilişinin qonağı olan müğənni heç vaxt xaricdə tanınmağı arzulamadığını deyib. O, aparıcının "İndi Aygün Kazımova, Röya Türkiyədə məşhurlaşmağa can atır. Heç vaxt belə arzun olmayıb" sualına Ə.Şükürovun cavabı bu cür olub:

"Qurban olum Azərbaycana. Burada o qədər iş var ki, heç ora ehtiyac yoxdur. Ora gedənlərə də deyirəm ki, oturun yerinizdə, siz Türkiyədə məşhur olmayacaqsınız. Kim olursunuz olun... Yadınızdan çıxarmayın ki, orada 70 milyon əhali var. Onların 50 milyonu müğənnidir. Gəlsinlər ev-eşiklərinə, şükür etsinlər ki, işləri var. Azərbaycanı Türkiyə ilə tay tutmayın.

Onların ifaçılarının boğazı, avazı bizimkindən fərqlidir. İndi cavanlar türk mahnıları oxuyur, o dildə danışırlar. Bir-iki müğənni var, gedib orada yaşayıb, indi gəlib türkcə danışır. İnciyirəm elələrindən. Mən vaxtilə Samir Piriyevə də bu sözü dedim: gəl, otur burada.

Elnur Hüseynov Türkiyədə gözəl çıxış etdi. Amma o da qayıdacaq vətənə və bir də heç yerə getməyəcək
".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.