Saç rənginə görə necə makiyaj edilməli?

14 Aralık 2014
6 120
0
  Saç rənginə görə necə makiyaj edilməli?
  Saç rənginə görə necə makiyaj edilməli?

Makiyaj edərkən diqqət yetirməniz lazım olan bir nöqtədə saç rənginiz. Səhv edilən bir rəng seçimi saçlarınızla bağlı olaraq üzünüzü daha solğun və cansız göstərə bilər. Bu vəziyyətlə qarşılaşmamaq üçün Azadqadın.az olaraq hansı saç rənginə necə makiyajın yaraşdığını araşdırdıq. Bu xəbəri oxumaqla saç rənginizə uyğun gələn makiyajı edərək daha parlaq və göz oxşayan bir dəriyə qovuşa bilərsiniz.


Qara və tünd şabalıd saçlar üçün makiyaj.


Qara və ya tünd şabalıd saç rənginə sahibsinizsə, makiyajda ön planda tutmanız lazım olan yer gözləriniz.Cəzbedici baxışlar və uzun kirpiklər sizi daha da cazibədar göstərəcək. Ayrıca dodaqlarınızın önünə keçməyən pomadalar seçim edə bilərsiniz.


Sarı və açıq şabalıd saçlar üçün makiyaj.

Sarı və ya açıq şabalıdı saçlara sahib olanlar üzlərinin solğun görünməsindən şikayətçi olarlar. Bunun qarşısını almaq üçün parlaq ənliklərdən faydalanın. Çəhrayı və şaftalı tonlarındakı pomadalar üzünüzə rəng qatmaq üçün şahanə olacaq. Ayrıca metalik rəngli göz kölgələrini təcrübə edə bilərsiniz.



Qırmızı və qızılı saçlar üçün makiyaj.

Üzünüzdə ön plana çıxarmaq lazım olan yer qətiliklə dodaqlarınızdır.Albalı, tünd qırmızı,qırmızı tonları sizə çox yaraşacaq . Ayrıca gözlərinizdə açıq yaşıllar və bənövşəyi rəngləri istifadə etmək saçlarınızı daha parlaq və üzünüzü daha parıltılı göstərməyə kömək edər. Ənlik olaraq içərisində qırmızı tonlar olan rəngləri seçim edə bilərsiniz.



Qəhvəyi və şabalıdı saçlar üçün makiyaj.

Bütün tonları istifadə edə bilərsiniz. Üzünüzün harasına diqqət çəksəniz çəkin hər daim gözəl görünə bilərsiniz. Lakin cəzbedici göz makiyajı və şaftalı tonlarındakı ənlik sizin üçün əvəzsiz ola bilər. Dodaqlarınızda nar çiçəyi və açıq rəngləri təcrübə edə bilərsiniz. Gözlərinizdə xüsusilə iki qat tuj istifadə etmək baxışlarınızı ortaya çıxaracaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.