Yuxu pozuntularının əsl səbəbi nədir?

21 Aralık 2014
1 597
0
Yuxu pozuntularının əsl səbəbi nədir?
Yuxu pozuntularının əsl səbəbi nədir?

«Scientist» bildirir ki, Yel Universitetinin professoru Adam Sendanın başçılıq etdiyi qrup yuxu ilə bağıl neyrodegenarativ xəstəliklərinin səbəblərini araşdırmağa çalışıb.

Bu zaman orqanizmin «daxili saat»larını tənzimləyən və beyində yerləşən epifiz strukturunun fəaliyyəti tədqiq edilib.

Epifiz beyinə işıq siqnalları verərək sutkanın işıqlı və qaranlıq fazalarına öyrəşməyə yardım edir. Bu ötürmədə melatonin hormonu da iştirak edir. Qaranlıq saatlarda ayrılan melatonin insan yatanda metabolizmi tənzimləyir. Melatoninin ifrazını və ayrılmasını isə onu hüceyrələrin qılaf reseptorları ilə əlaqə yaradan norepinefrin tənzimləyir.

Sendan deyir ki, norepinefrin işində dopmin reseptorları ilə birləşir.

Belə ki, dopamin öz reseptorlarına birləşəndə norepinefrin blokadaya alınır, nəticədə beyində melatonin azalır. Dopamin reseptorları yalnız səhər saatlarında fəallaşır və insanın oyanmasını şərtləndirir.

Yuxu pozuntuları olan insanlarda isə bu mexanizmin pozulduğu güman edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.