"WhatsApp" messencerindən səsli zənglər işə salınacaq

27 Aralık 2014
4 591
0
"WhatsApp" messencerindən səsli zənglər işə salınacaq
"WhatsApp" messencerindən səsli zənglər işə salınacaq


Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib.

ICTnews elektron xəbər xidmətinin məlumatına görə, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.

Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağıdakı düymənin köməyilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.

Messencerdə səsli zəng funksiyasının istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil.

2014-cü ilin sentyabr ayında “WhatsApp” messencerindən istifadə edənlərin sayı 600 milyona çatıb. Səsli zənglərin işə salınması sözügedən xidmətə “Viber”, “Skype”“Line” kimi şəbəkələrlə daha effektiv rəqabət aparmağa imkan verəcək.


R.E.SenSiz...MişKa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.