Cəzalandırılan uşaqlar daha çox yalan danışır - Araşdırma

29 Aralık 2014
3 592
0
Cəzalandırılan uşaqlar daha çox yalan danışır - Araşdırma
Cəzalandırılan uşaqlar daha çox yalan danışır - Araşdırma



Yalan dediyi üçün cəzalandırılan uşaqların daha çox yalan danışdığı ortaya çıxıb.

DeN.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Kanadadakı McGill universitetinin elm adamları araşdırma aparıb. 4-8 yaşında 372 uşağın qatıldığı araşdırma zamanı "düz danışmasan, bir həftə sənə kompüter yoxdur”, - kimi cəzaların uşaqların yalan deməsini əngəlləmədiyi ortaya çıxıb.



Cəza alacağını zənn edənlər daha çox yalan danışıb.



Masanın üzərinə bir oyuncaq qoyulub və uşaqlardan 1 dəqiqə ona baxmaları istənilib. Kamerayla izlənilən uşaqların yüzdə 66-sı " Oyuncağa baxdınmı?” sualına "yox" deyərək yalan danışıb. Oyuncağa baxdıqları təqdirdə cəzalandırılacaqları deyildiyində uşaqların daha çox yalan dediyi ortaya çıxıb.



"Yalan danışmasan, xoşbəxt olassan” deyilən uşaqlar daha az yalan danışıb.



Belə nəticəyə gəlmək olar ki, "Yalan deməsən, məni sevindirərsən”, "düzgünlük xoşbəxt hiss elətdirir” kimi cümlələr qurularsa, o zaman uşaqlar daha az yalan danışmmış olar.



Cəzalandırılan uşaqlar daha çox yalan danışır - Araşdırma
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.