Qış yorğunluğunun aradan qaldırmanın qızıl qaydaları.

Qış yorğunluğunun aradan qaldırmanın qızıl qaydaları.
Qış yorğunluğunun aradan qaldırmanın qızıl qaydaları.

Qaranlıqdan uzaq durun

Səhər oyandığınızda hava hələ də qaranlıqdırsa, öz günəşinizi özünüz yaradın. Baş ucunuzda yandırdığınız gecə lampası bu işdə sizə kömək olacaq.

Duşa girin

Oyanmaq üçün isti, soyuq duşlar qədər təsirli heç nə yoxdur. Beləliklə, həm maddələr mübadiləniz hərəkətə keçəcək, həm də immunitetiniz güclənəcək. Ən pis günlərdə belə əhvalınız səhər duşu köməyi ilə düzələcək.

Səhər bir qurtum su

Səhər oyandıqdan dərhal sonra içilən bir qurtum su maddələr mübadiləsini çalışdırır. Yatmağa gedərkən özünüzlə bir stəkan su götürüb baş ucunuza qoyun. Bulaq suyunun yuxudan oyatmaqda faydasını isə unutmayın.

Gecə bir qurtum su

Gecə yatmadan əvvəl içilən bir qurtum su səhərlər rahat oyanmanıza kömək olacaq.

Hədəf müəyyən edin

Zəngli saatı səhər qalxmanız gərəkən saatdan bir saat əvvələ quraşdırın. Bununla özünüzə daha çox vaxt ayıra biləcəksiz.

Bədən saatınıza güvənin

Yuxudan qəfil oynadığınızda "hələ tezdi”, - deyib yenidən yuxuya getməyin. Ayağa qalxıb idman edin və tez qalxdığınız üçün sevinin.

Qəhvə hazır

Bəzi insanlar səhərlər qəhvə içmədən özlərinə gələ bilmirlər. Axşam yatarkən fincanı və qəhvə maşınını hazır qoysanız, səhərlər qəhvə hazırlamaq asan olar.

Ediləcəklər siyahısnı hazırlayın

Bir məqsədiniz olmadan yataqdan qalxmaq fikri boş gəlir, elə deyilmi? "Onsuz da heç bir işim yoxdu, yatım”, - deyirsiz. Buna görə axşamdan edəcəklərinizin siyahısını hazırlayın.

Zəngli saatı uzaqda qurun

Bu halda onu söndürmək üçün qalxmaqdan başqa çarəniz qalmayacaq.

Bu rejimi vərdiş halına gətirin

Yatağa hər gün eyni saatda gedib eyni saatda yuxudan oyanmaq bədənin yükünü azaldır. Eyni şey həftə sonları üçün də önəmlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.