Rəmiş ermənicə oxumasından danışdı

09 Ocak 2015
1 345
0
Rəmiş ermənicə oxumasından danışdı
Rəmiş ermənicə oxumasından danışdı

Bu yaxınlarda xalq artisti adını alan Rəmiş erməni dilində mahnı oxumadığını bildirib. O, toyda erməni dilində mahnı oxuması haqqında yayılan videonun böhtan olduğunu deyib.

"Mən İranda olmuşam, Türkiyədə olmuşam, Rusiyada olmuşam. Amma Ermənistanda olmamışam. Bu, ermənilərin, ya da erməni xislətli şəxslərin işidir. Yəqin, paxıllıqları tutub. Mənim xalq artisti adı almağım ox kimi bəzilərinin gözlərinə batıb", - deyə xalq artisti ANS-də yayımlanan "Xəbərsizsiniz"də deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl yayılan videoda Rəmişin "Tut ağacı" mahnısının bir bəndini erməni dilində oxuduğu göstərilirdi. Rəmişin həyat yoldaşı Gülü isə həmin videonun 2008-2009-cu illərdə bir ad günü məclisindən olduğunu, Rəmişin də orada "Tut ağacı" mahnısını ancaq Azərbaycan dilində oxuduğunu deyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.