İnanılmaz üstünlüklərlə Iopne 7 gəlir

09 Ocak 2015
3 428
0
İnanılmaz üstünlüklərlə Iopne 7 gəlir
İnanılmaz üstünlüklərlə Iopne 7 gəlir

Ayfon 6 (iPhone) və Ayfon 6 Plusun bir neçə ay əvvəl satışa çıxmasına rəğmən, mütəxəssislər “Apple” şirkətinin yeni ildə Ayfon 6S-i və Ayfon 7-ni satışa çıxaracağını iddia edib.
“Apple” şirkətinin hər il bir və ya 2 məhsulu bazara çıxardığını iddia edən məsul şəxslər son günlərdə ortaya çıxan söz-söhbətlərin gerçəkləşmə ehtimalını yüksək qiymətləndiriblər. Mütəxəsislərin fikrincə, “Apple” heyranları 2015-ci ildə yeni məhsullarla çox təəccüblənəcəklər.
İddialara görə, 2015-ci ilin birinci yarısında Ayfon 6S, ikinci yarısında Ayon 7 satışa çıxarılacaq. Tayvanlı məsul şəxslər isə texnologiya saytı “Texno Buffalo”ya açıqlama verərək,

“Apple”ın yeni telefonlarda cüt RAM isifadə edəcəyini bildiriblər. Yeni telefonlarda 2 GB RAM, tabletlərdə is 4 GB RAM olacaq. Başqa bir iddiaya görə, “Apple” şirkəti mini Ayfon hazırlayacaq. Bu məhsulun da 2015-ci ildə bazarda öz yerini tutacağını bildirən mütəxəssislər telefonun 4 inç ölçüdə ola biləcəyini vurğulayıblar. Ayfon 7 ilə bağlı iddialar həddindən artıq çoxdur. Ayfon 6-nı 4.7 inç ekran ölçüsü ilə bazara çıxaran “Apple”ın Ayfon 6S-in ekranını 5.5 inç ölçüsüdə buraxacağını bildirirlər.
İddialara görə, “Apple”ın böyük sürprizlərindən biri də indiyə qədər heç bir telefonda etmədiyi inanılmaz bir xüsusiyyət olacaq: Kabelsiz şarj xüsusiyəti. Eyni zamanda, Ayfon 7 o biri ayfonlara nisbətən daha qalın olacaq. Ayfon 6-da olmayan sapfir ekranın Ayfon 7-də istifadə edəcəyi də deyilir. Bu iddianı gücləndirə biləcək hadisə isə “Apple” şirkətinin Çindəki istehsalçısı Fokskonun sapfir ekran fabriki quracağı xəbəridir. Bu iş üçün Fakskon 2.6 milyard dollar YATIRIM qoyacaq. İkinci iddiaya görə isə Ayfon 7-də yumşaq (likvid) metaldan istifadə olunacaq. “Ekonomik Deyli Nyus”un iddiasına görə, Ayfon 7-dəki ən böyük sürpriz 3 ölçülü ekrandır. Qəzet bu iddiasına istinad kimi “Apple” şirkətinin xam maddə tədarükçüsü TPK-nın 3 ölçülü ekran üzərində işləməsini göstərib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.