Zeytun yağının saça faydaları.

Zeytun yağının saça faydaları.
Zeytun yağının saça faydaları.


Zeytun yağı sadəcə yemək və salatlarınızın daha ləzzətli olmasına deyil, həmçinin saçlarınızın və dərinizin daha sağlam olmasına kömək edir. Nəmləndirici və qidalandırıcı özəlliyi saçlarınızın gözəlliyinə gözəllik qatır. Saça və dəriyə qulluqda zeytun yağından istifadə etdikdən 2-3 həftə sonra saçlarınızın daha yumşaq və parlaq olduğunun şahidi olacaqsınız.

Kəpəyin düşməni


Kəpəklərin yaranma səbəbi həddindən artıq quru və zəif saç dərisidir. Bunun qarşısını almaq üçün zeytun yağı ilə saç dərinizi yavaşca masaj edin. Həftədə 1 dəfə, əgər saçlarınız çox kəpəklidirsə 2 dəfə istifadə edə bilərsiniz.

Saçların qırılmasına qarşı zeytun yağı

Saçlarınızın qırılmasına qışda soyuq hava, yayda isə duzlu su və günəşin zərərli şüaları səbəb olur. Həftədə bir dəfə zeytun yağını saçlarınızın kökündən ucuna qədər çəkib 20-25 dəqiqə gözləyin. Digər bir istifadə qaydası isə, hər gün sadəcə saçlarınızın ucuna çəkməkdən ibarətdir.

Daha parlaq saçlar

Saçlarınızın quru və solğun olmasının səbəbi, tərkibində sulfat olan şampun və balzamlardan gündəlik istifadə edilməsidir. Hər gün az miqdarda zeytun yağından istifadə saçlarınızı daha parlaq və yumşaq edəcəkdir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.