Göz qələmi və eyeliner necə istifadə olunmalıdır?

Göz qələmi və eyeliner necə istifadə olunmalıdır?
Göz qələmi və eyeliner necə istifadə olunmalıdır?

Eyeliner və göz qələmi istifadə etmədən əvvəl bilməyiniz lazım olan ən əhəmiyyətli şey hər iki vəsaitin də mümkün olduqca incə xəttlərlə çəkilməsidir. Bu gözü daha gözəl göstərir.

Qara göz qələmi qara saçlı və əsmər qadınlar üçün çox uyğundur. Digər qadınlar bu rəngdə olan göz qələmi və eyeliner istifadə etdikdə tünd görünə bilər.

Ağ dəriyə sahib olan qadınlar qəhvəyi ya da boz tonlarına üstünlük verməlidir. Gecə isə gözə çəkilən tenə uyğun rəngli bir qələm seçilməlidir.

Eyeliner’ı incə uclu bir fırçayla çəkdikdə gözəl bir görünüş meydana gələcək.


Eyeliner çəkmək üçün:

Mümkün olduqca aşağıya baxın və üst göz qapağınızdakı kirpiklərin dibinə yaxın bir xətt çəkin.

Bu xətt göz quyruğunda sona çatmalı, xaricə doğru uzamamalıdır. Alt göz qapağına xətt çəkmək istəmirsinizsə, buraya eyeliner’la yan-yana nöqtələr qoyun və ya əyriləməsinə qısa-qısa xəttlər çəkin.

Bəzən gözün üst qapağındakı kirpiklərin altına xətt çəkilməsi də xoş bir görünüş qazandırır. Bunun da yenə incə və düz olmasına diqqət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.