Baxımlı dırnaqlara doğru 10 addım.

Baxımlı dırnaqlara doğru 10 addım.
Baxımlı dırnaqlara doğru 10 addım.

Dırnaqlarınızı kimyəvi maddələrdən qoruyun. Əsasən də qabları yuyarkən əlcəklərdən istifadə edin. Günəşə və soyuğa qarşı kremlərdən istifadə edin.

Dırnaqlarınızı həftədə bir dəfə qısaldın. Prosesdən əvvəl mütləq əllərinizi isti su ilə yuyun. Əgər uzun dırnaq sevirsinizsə onu zərbələrdən və çirkdən qoruyun.

Ayaq dırnaqlarınızı düz və çox qısaltmadan kəsin. Olduqca sərt olduqları üçün prosesdən əvvəl onları nəmləndirin.

Dırnaq ətlərinizi kəsməyin və ya qoparmayın. Kəsiklərdən daxil olan bakteriyalar infeksiyalara səbəb ola bilər.

Şeytan dırnaqlarını” qoparmayın. Qoparılan bölgələrdə iltihablanma ola bilər. Əgər sizi çox narahat edirsə qayçı ilə kəsə bilərsiniz. Əllərinizi daima nəm saxlasanız o zaman “şeytan dırnaqları”nın yaranmasının qarşısını almış olarsınız
.
Dırnaqlarınıza forma verərkən kənarlarına toxunmayın. Bu zaman dırnaqlarınız daha möhkəm olacaqdır.

Manikür və pedikürü mütəxəssislərinə elətdirin. Mümkündürsə öz alətlərinizdən istifadə edin. Beləliklə, yoluxucu xəstəliklərdən də qorunmuş olarsınız.
Dırnaq boyası və asetondan diqqətlə istifadə edin. Dırnaq boyasını qazıyaraq çıxarmayın.

Həftədə iki dəfədən artıq asetondan istifadə etməyin. Bu məhluldan çox istifadə etməyiniz dırnaqlarınızın saralmasına səbəb ola bilər. Asetondan çox istifadə etməmək üçün, növbəti dırnaq boyanızı əvvəlkinin üzərinə çəkin.

Saxta dırnaqlardan uzaq durun. Öz dırnaqlarınız bu taxma dırnaqların altında havasız qalır və getdikcə zəifləyir.

Ayaq dırnaqlarınızda qızartı və dırnaqdibləri olduqda həkimə müraciət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.