Qadınlar üçün ən ziyanlı 3 peşə.

19 Ocak 2015
1 305
0
Qadınlar üçün ən ziyanlı 3 peşə.
Qadınlar üçün ən ziyanlı 3 peşə.

Araşdırma nəticəsində müəyyən edilib ki, müəllim, stüardessa və satıcı-məsləhətçi peşələri qadınların sağlamlığına daha çox ziyan vurur. İlk baxışdan, bu peşələrdə sağlamlığa zərərli nəsə görmək çətindir.

Amma mütəxəssislər müəyyənləşdiriblər ki, məhz bu peşələrin sahibi olan qadınlar digərləri ilə müqayisədə səhhətlərini daha çox və tez-tez risk qarşısında qoyurlar.

Müəllimlərdə ilk növbədə səs telləri zədələnir, onlar tez-tez faringit və anginadan əziyyət çəkirlər. Stüardessalarda əsasən hamiləliklə bağlı problem yaşanır. Belə ki, hamilə qadınlara təyyarədə uçmaq məsləhət görülmür, onlar isə daim uçmalıdırlar.

Üstəlik, bu 2 peşə stress və əsəb gərginliyi ilə də bağlıdır. Nəhayət, satıcı-məsləhətçilər mütəmadi olaraq ayaq üstə dayandıqları üçün damarların varikoz xəstəliyindən çox əziyyət çəkirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.