Dövlət qəzalı vəziyyətdə avtomobil satacaq

11 Nisan 2015
1 951
0
Dövlət qəzalı vəziyyətdə avtomobil satacaq
Dövlət qəzalı vəziyyətdə avtomobil satacaq
ƏMDK məlumat yaydı.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) mayın 12-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Bu barədə FeaT.Az-a komitədən məlumat verilib.

Komitənin məlumatına görə, hərracda iki ədəd (1981, 1982-ci il istehsalı olan) QAZ-14 markalı avtomobil yer alacaq. 1981-ci il istehsalı olan QAZ-14-ün start qiyməti 2522 manat, 1982-ci il istehsalı olan eyni markalı avtomobilin start qiyməti isə hərracda 2610 manat olacaq.

Bundan əlavə hərracda 2006-ci il istehsalı olan BMW 730 Lİ start qiyməti 9339 manat olmaqla satışa çıxarılacaq.

Qeyd edək ki, alıcılara qəzalı vəziyyətdə olan avtomobil də təklif olunacaq.

Belə ki, 2005-ci il istehsalı olan Mitsubishi L-200 start qiyməti 2246 manat olmaqla hərracda yer alacaq.

Məlumat üçün bildirək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh MərkəziBankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.