Bugatti-nin yeni avtomobili

09 Mayıs 2015
1 963
0
Bugatti-nin yeni avtomobili
Bugatti-nin yeni avtomobili


Dünyanın ən sürətli avtomobilini istehsal edən Bugatti keçdiyimiz günlərdə Grand Sport Vitesse La Finale adını verdikləri son Veyron modelini də satmışdı.

Dünya üzərində 450 ədəd olan Bugatti Veyronun sonuncusunu Cenevrə Avtomobil Sərgisində göstərən şirkət avtomobili 2,3 milyon avro qarşılığında Orta şərqli bir müştəriyə sataraq Bugatti Veyron dövrünü bağlamışdı.

Avtomobil pərəstişkarları Bugattinin yeni canavarının necə olacağını həyəcanla gözləyərkən, avtomobilə aid ilk məlumatlar isə məşhur avtomobil jurnalı Car Magazine tərəfindən ortaya çıxardıldı.


Jurnalda yazılanlara görə Bugattinin yeni avtomobili Chiron adlandırılacaq. 1500 at gücündə mühərrikə sahib olacaq Chiron 463 kilometr sürətə çata biləcək və bu məzmunda indiyə qədər çıxarılmış ən sürətli Bugatti olacaq.

Modelin 0-100 kilometri yalnız 2 saniyə kimi qısa bir müddətdə tamamlayacağı iddia edilərkən avtomobillə bağlı digər məlumatlar isə hələki dəqiq bilinmir.

Modelin hazırda ən böyük rəqibi isə qısa müddət əvvəl təqdim olunan LM2 Streamliner adlı konsept avtomobildir. Dünyanın ən sürətli avtomobili olmağa namizəd göstərilən bu avtomobil 1700 at gücündə və 0-100 kilometri 2.2 saniyədə tamamlayır. Avtomobilin maksimum sürətinin isə 467 kilometr olacağı açıqlandı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.