Audi-də 600 at güclü mühərrik

18 Mayıs 2015
1 968
0
Audi-də 600 at güclü mühərrik
Audi-də 600 at güclü mühərrik


"Audi" şirkəti "Clubsport" adlı yeni konseptin ilk şəkillərini dərc etdi. Avtomobil TT bazasında düzəldilib və mayın 13-də Worthersee festivalında təqdim olunacaq. Prototip beşsilindrli 2,5-litrlik TFSI benzin mühərriki əldə etdi.

Feat.Az auto.az-a istinadən bildirir ki, mühərrikin gücü 600 a.g. və 650 Nm fırlanma anı təşkil edir. Aqreqat altıpilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Bundan başqa model Quattro tam ötürücüsü ilə təchiz olunub. "Clubsport" 100 km/saata 3,6 saniyəyə sürətlənə bilir.

Maksimal sürət 310 km\saat təşkil edir. Bu göstəricilərə elektrik ötürücüsü olan xüsusi kompressorun istifadəsi sayəsində nail olunub. Bu kompressor 48-boltluq qurğudan qidalanır.

Prototip adi TT versiyasından 14 sm enli oldu. Konseptin çəkisi 1396 kiloqramdır. Avtomobil yeni əyləc sistemi, karbon plastik kütləsindən düzəldilmiş başqa palçıqqoruyucu və 20 düymlük təkər diskləri ilə komplektləşdirilib.

Xatırladaq ki, "Audi TT"-nin ikinci nəsli keçən il Cenevrə avtosalonunda təqdim olunmuşdu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.