Əsrin casus maşını hazırlandı

23 Ekim 2014
3 739
0
Əsrin casus maşını hazırlandı
Əsrin casus maşını hazırlandı

Latviyanın Dartz şirkəti yeni zirehli yolsuzluq avtomobili – Black Shark təqdim edib. Layihə müəllifləri bu maşını “XXI əsrin əsl casus maşını” adlandırırlar.

Dartz yolsuzluq avtomobili Mercedes-Benz GL bazasında yığılacaq. Maşın üçün ya 5,5 litrlik “səkkizlik” tvin-turbo, ya da altı litrlik V12 mühərrik təklif edilir. Müştərinin sifarişi ilə şirkət güc qurğularının hasilatını 1500 at gücünə çatdırmağa hazır olduğunu bildirib.

Yolsuzluq avtomobilinin dizaynını işləyərkən şirkətin mütəxəssisləri Ka-50 “Qara akula” helikopterin xarici görünüşündən istifadə ediblər. Avtomobilin kuzov panellərini onu maqnit minalarından qorumaq üçün Kevlar və titandan hazırlamaq planlşdırılır. Ballistik müdafiə səviyyəsinə görə maşının qorunması B7 səviyyəsinə uyğundur. Black Shark yolsuzluq avtomobilinin lazım gələrsə bağlana bilən hətta radiator barmaqlığı belə zirehli düzəldilib.

Avtomobilin maraqlı təchizatlarından bir də elektroşoklu “antipaparassi” sistemidir. Salonda Xbox One və PlayStation 4 oyun qurğuları və həmçinin qızıl suyuna çəkilmiş qəlyan da yer alacaq.

Dartz cəmi beş belə maşın buraxmağı planlaşdırır. Daha bir maşın isə londonlu bir müştərinin xüsusi sifarişi ilə hazırlanacaq. Həmin sifarişçinin qızı üçün həmçinin Swarovski kristalları ilə naxışlanmış başqa bir maşın hazırlanacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.