Maşında telefonla danışan xanım övladını gözü yolda qoydu – DYP-dən ŞOK VİDEO

19 Kasım 2014
3 954
0
Maşında telefonla danışan xanım övladını gözü yolda qoydu – DYP-dən ŞOK VİDEO
Maşında telefonla danışan xanım övladını gözü yolda qoydu – DYP-dən ŞOK VİDEO


Sükan arxasında telefonla danışmaq ağır faciəyə səbəb ola bilər
Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyinə dair birgə sosial çarx hazırlayıb. Daim gündəmdə olan mövzuya həsr olunmuş çarx olduqca təsirli və düşündürücüdür.
Avtosfer.az-ın məlumatına görə, xanım sürücü sükan arxasında mobil telefondan istifadə edir. Telefonla danışa-danışa diqqəti yayındığı üçün svetoforun qırmızı işığından keçir və ağır yol qəzası baş verir. Xanım sürücü məktəbdə olan oğlu ilə danışırdı və onu məktəbdən götürməyə gedirdi. Lakin qaydalara etmədiyi üçün həyatını itirdi. Onun azyaşlı oğlunun isə məktəbdə gözü yolda qaldı…
Sosial çarxın əsas mahiyyəti ondan ibarətdir ki, sükan arxasında mobil telefonla danışmaq sürücülərin həyatı üçün təhlükəlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.