Superkar Ferrari - FOTO

26 Ağustos 2014
2 667
0
Superkar Ferrari - FOTO
Superkar Ferrari - FOTO


Qərb mənbələri “LaFerrari”-nin fantastik görünüşlü varisini əbəs yerə “kosmik obyekt” adlandırmırlar. Təəssüf ki, Maranello şirkətinin konseptual “Ferrari F80” ilə heç bir əlaqəsi yoxdur.

Milli.Az auto.az-a istinadən bildirir ki, kompyuter modelini müstəqil dizayner Adriano Raeli hazırlayıb. “NGAD” layihəsindən ilham alaraq, o öz əsərini ictimai yollara çıxışı olan F1 bolidi adlandırır.

Bu avtomobili ehtiyatla idarə etmək lazımdır: istehsalçı onun mühərrikini 900 a.g.-yə çatdırmaq niyyətindədir. O, ikiqat turboyükləyicili V8 olacaq və ona əlavə 300 a.g. verəcək KERS sistemi də kömək edəcək.

Bu, 800 kq çəki ilə mümkün olacaq! Ehtimal edilir ki, 100 km/saata avtomobil 2 saniyəyə sürətlənəcək, maksimal sürət isə 500 km/saatdır! Salondakı oturacaqlar 2 cür quraşdırılıb.

Bu avtomobil ilə bir çox dahilər maraqlanacaq. Təəssüf ki, “Ferrari” hələlik istehsala reaksiya verməyib.

Bu, 70-illik yubiley üçün əla hədiyyə ola bilərdi.


Superkar Ferrari - FOTO



Redaktə etdi: .::CuPPuLu::.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.