Azərbaycanlı olmağın " Çətin " tərəfləri

05 Ağustos 2015
1 890
0
Azərbaycanlı olmağın " Çətin " tərəfləri
Azərbaycanlı olmağın " Çətin " tərəfləri


Azərbaycanda qadına qarşı zorakılıq yoxdur. Azərbaycanda Azərbaycan qadınına qarşı zorakılıq var. Bu ölkədə namus anlayışı sadəcə Azərbaycan qadınına şamildir. Azərbaycanda yaşayan bir qızın nəslində bir nəfər rus olsa, o qız bütün mental dəyərlərdən azaddır.

O qız öpüşə bilər, içki içə bilər, siqaret çəkə bilər, gecə dostları ilə əylənə bilər, facebookda şəkil paylaşa bilər, qaş ala bilər, mini ətək geyə bilər, kupalniklə dənizə gedə bilər, bakirə olmaya bilər.
Bu hallar rus qadını üçün normal haldır və heç kəs namussuzluq damğası vurmayacaq. O qızla Azərbaycanlı oğlan evlənsə, "peysər” yox, müasir gənc olacaq. Hamı ona dünyagörüşlü, mental dəyərlərdən uzağ olan oğlan kimi baxacaq. Amma azərbaycanlı oğlan belə bir həyatı yaşayan bir qızla ailə qursa, "peysər” olacaq...

Ölkədə namus qanunları sırf azərbaycanlılar üçün nəzərdə tutulub. Avropalı bu ölkədə öpüşə bilər, sevişə bilər, küçədə içki içə bilər, rahat şəkildə "küçə musiqisi” ilə məşğul ola bilər. Əgər siz Avropa vətəndaşlığını təsdiq edən sənəd daşısanız, sizi polis bölməyə "dəvət” etməyəcəklər. Siz bütün cərimələrdən uzaqsınız. Hətta yeraltı keçiddən istifadə etməsəniz belə olar. Öpüşdüyünüz üçün sizə polis güldən ağır söz deməz…

Bakı kəndlərimizdə də qanunlar o cürdür. Nardarandan hansısa bir qızı sevsən, onu kəndə evinə apara bilməzsən , o kənddə şortik geyə bilməzsən , küçədə öpüşə bilməzsən. Yoxsa əlitəsbehli iki cayıl çıxıb sənə zakon "talkavat” edəcək... Amma o kənddə bunu bir rus və yaxud Avropalı eləsə, kənd camaatı namusdan danışmayacaq. Əşii avropalılardı onlarda "vse mojnadı”. Müasir insandırlar və s…

Yəni, bu ölkədə ən çətin şey azərbaycanlı olmaqdır. Necə deyərlər, yaşamağa qərib ölkə, ölməyə vətən yaxşı!
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.