“Slow life” ehtiyacı

13 Ekim 2015
2 784
2
“Slow life” ehtiyacı
“Slow life” ehtiyacı


Modern insanın həyatında bir gərginlik var.
İş telefonları, saysız-hesabsız e-mail-lar, telefon, Facebook, Twitter
mesajları, rəhbərliyin heç bitməyən tapşırıqları, üstəlik məişət
qayğıları...
Fiziki işlərdə çalışanlarda uzun, istirahətsiz iş rejimi...
Bu durumda insanın özünə ayıracağı zaman minimuma enir.
Ölkəmizdə kitabın az oxunmasının bir səbəbi də bu istismar mühiti, amansız iş rejimidir.
“Martin İden” romanını xatırlayırsınızmı?
Martin camaşırxanada çalışdığı günlərdə bir sətir yazmağa, heç bir sətir oxumağa da vaxt tapmırdı.
Karl Marks da insanın özgələşməsi haqda yazanda, elə bunu nəzərdə tutmuşdu.


“Slow life” ehtiyacı

Onun kürəkəni olan Pol Lafarq da burjua işgüzarlığından bezib insanların tənbəllik hüququnun müdafiəsinə qalxmış və “Tənbəllik haqqı” adlı bir kitab yazmışdı.
Küçəmizdə hər gün alış-veriş etdiyim marketdə çalışan ər-arvad səhər 9-dan, axşam saat 12-yə qədər mağazada olurlar.
Ya da hər gün şikayət etdiyimiz avtobus sürücüləri səhər 6-dan axşam 11, 12-yə qədər işləməyə məcburdurlar.
Bu istismar mühitində insanın özünə ayıracağı zamanı olmur.
Nə oxumaq, nə filmə baxmaq, nə də teatra getmək üçün vaxt olur.
Bu dinamik və üzücü prosesdə insan qəlbində olan müsbət təzahürlər, xoş duyğular da inkişaf etmək üçün münbit şərait tapa bilmirlər.
Qərbdə işlədilən və dilimizə “astagəl həyat” kimi tərcümə etdiyim “Slow life” insanı maşınlaşdıran istismar düzənində insanı özünə qaytaran həyat tərzi kimi səciyyələndirilir.

“Slow life” ehtiyacı

Müddəti uzadılmış səhər qəlyanaltıları, ürək dostları ilə uzun söhbət, telefonların bağlanması, Facebook-un deaktiv edilməsi, gözəl həftəsonu istirahəti, bir dəniz, ya da dağ tətili, bir ağac altında kitab oxumaq, bir meşədə noutbukdan filmə baxmaq, həyatın mənası haqda uzun düşüncələrə dalmaq...
Bütün bunlar “Slow life”ın təmrinləridir, amma, əlbəttə ki, vahid bir resept yoxdur.
Məsələn, mən uzaq bir kəndə gedib Tolstoyun “Hərb və sülh”ünü oxumaq istəyirəm.
“Slow life” ölkəmizdə bahalı bir həyat tərzidir, bir sosialist kimi bunu qeyd etməmək olmazdı.
Amma mümkünlük sferasında adiliyin, cariliyin fövqünə ucuz başa gələn metodlarla da çıxmaq mümkündür.
Həyatın sürətini bir az yavaşıtmağa ehtiyac var.kayzen .az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    insanlara yazigim gelir en coxda kasiblara ((
  2. SaFFron
    Bu cür maraqlı xəbərə nə əcəb şərh yazan olmuyub..Maraqla oxudum xəbəri.İş saatları çoxdu həqiqətən,insanlar özlərnə vaxt ayıra da bilmirlər,ancaq iş,iş yenədə iş.Ancaq maddi xərcləri ödəməkçün çalışır bir çox insanlar,bizdə də maaş az olur,iş saatı çox.Ancaq inkişaf etmiş ölkələrdə iş saatı çox olmur elədə,maaşı isə bizdən daha çoxdur.Ona görə də insanlar rahat istirahətlərini də edə bilirlər.Bizdə də iş saatlarını və ya heç olmasa maaşlar artırılsa yaxşı olar,o sərf edilən vaxta dəysin heç olmasa o alınan maaş.Təşəkkürlər xəbərə görə
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.