26 Fevral Xocalı Soyqırımı / Unutdurma!

İllər əvvəl baş verməsinə baxmayaraq kədər və hüznünü hər an ,hər dəqiqə yaşadığımız Xocalı Soyqırımından artıq 28 il keçir.Xocalı faciəsi dünyada baş vermiş ən qorxunc və ən dəhşətli 10 faciədən biridir.Bu da Xocalı Soyqırımının necə dəhşətli bir gün olduğunun göstəricisidir.
Düzdü bu gün bizim xatirəmizdə canlana bilməsə də,oxuduğumuz kitablardan,baxdığımız televiziya yayımlarından az da olsa məlumatımız var.Amma yenə də o günü yaşayan balaca körpələrin,anaların yaşadıqlarını anlaya bilmərik.
Bir gənc olaraq bizim ən böyük vəzifəmiz bu dəhşətli günü unutmamaq və bütün dünyaya unutdurmamaqdır.
Hər həftə bir movzuyu ələ alan Həftə 8 Biz 9 komandası bu dəfə Xocalı faciəsini də unutmadı və bu günə mahnı həsr etdi.