Mübariz İbrahimovun xatirəsinə Türkiyə və Azərbaycan iş birliyi ilə çəkiləcək filmin ilk teaseri

08 Nisan 2017
2 101
0
Mübariz İbrahimovun xatirəsinə Türkiyə və Azərbaycan iş birliyi ilə çəkiləcək filmin ilk teaseri
Mübariz İbrahimov Azərbaycan xalqının yaddaşında bir qəhrəman, bir şəhid, vətən uğrunda canını fəda edəcək qədər qorxusuz biri olaraq həkk olundu. Bizlərə vətən övladının nələrə qadir olduğunu göstərən Mübariz İbrahimovun xatirəsinə Türkiyə və Azərbaycan iş birliyi ilə çəkilən "Mübariz” filminin ilk teaseri təqdim olundu.

2015-ci ildən bəri hazırlıqları davam edən Azərbaycan Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimov-un həyatını mövzuya alan film Türkiyədə baş verən darbe girişimindən sonra yubadılaraq 2017-ci ilin yaz aylarında İST Film tərəfindən Azərbaycanda çəkiləcəkdir. Türkiyə və Azərbaycan xaricində Hollywood və Bollywood filmlərində yer alan dünyaca məşhur rejissorlarla birlikdə çəkiləcək film 2018-ci ildə səhnələrdə yerini alacaqdır. Azərbaycan Dövləti rəhbərliyinin də razılığı ilə çəkilişdə Mübariz İbrahimovun yaşadığı real məkanlardan istifadə ediləcək.

Mübariz İbrahimovun xatirəsinə Türkiyə və Azərbaycan iş birliyi ilə çəkiləcək filmin ilk teaseri

Türkiyə və Azərbaycandan iki rejissorun birlikdə işləyəcəkləri layihədə Azərbaycan komandasında rejissor Samir Kərimoğlu, ssenari komandasında Rəşad Süleymanoğlu və aktyor komandasında isə dünya üzrə məşhur aktyorlar birlikdə işləyəcəklər.

Qarşınızda həmin o ilk teaser:


technote.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.