Dairəvi qala (Zindan qalası) haqqında - Video Çarx

25 Eylül 2022
2 393
0
Dairəvi qala (Zindan qalası) haqqında - Video Çarx
Dairəvi Qala (Zindan) Lənkəran qalası ilə eyni vaxtda 1747-1786-cı illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Deyilənlərə görə İran şahı Nadir şah 1747-ci ildə Lənkərana gəlmiş və buraya Səfəvi nəslindən olan Seyid Abbas Nadir şahın fərmanı ilə Talışın hakimi elan edilmişdir. Elə həmin ildə də buranı möhkəmləndirmək məqsədi ilə bu qalanın inşasına başlanmışdır. Lakin sonradan Nadir şahın ölümündən sonra Seyid Abbas xan öz müstəqilliyini elan etmişdir və bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir.

Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından demək olar ki iki dəfə böyük olmuşdur. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynamışdır. Rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilərək, bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanmışdır. Deyilənlərə görə Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə dustaqlar bura gətirilirmişlər, bu da bura gətirilənlərin məxfiliyini təmin edirmiş, hətta məşhur adamlardan İossif Stalin də poçt qatarının qarətində tutulduqdan sonra bir müddət burada dustaq olmuşdur. Dairəvi Qala 1970-ci ilə kimi həbsxana kimi istifadə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu ziyarətgah dövlət tərəfindən mühafizə olunur, memarlıq abidələri siyahısına daxil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin regionların inkişafı proqramında bu abidəyə xüsusi yer ayrılmış və bu abidənin tam bərpası nəzərdə tutulmuşdur, artıq bərpa işlərinə 2006-cı ildən başlanmışdır


Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.