Aygün Kazımova polis idarəsinə çağırılıb - YENİLƏNİB

29 Ağustos 2014
2 153
0
Aygün Kazımova polis idarəsinə çağırılıb - YENİLƏNİB
Aygün Kazımova polis idarəsinə çağırılıb - YENİLƏNİB


Natəvan Həbibi: "Mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam"

13:32

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.

FeaT.aZ axşam.az-a istinadən bildirir ki, müğənni ifaçı Natavan Həbibinin şikayəti əsasında polis şöbəsinə çağırılaraq izahatı alınıb.

Məsələ ilə bağlı A.Kazımova sosial şəbəkədə açıqlama verib. Avtomobildə gedərkən çəkdirdiyi videonu İnstagram səhifəsində paylaşan xalq artisti: “Canlarım, yolumuz Nabranadır. Qalan söhbətlər isə mənə "vız" gəlir”, - deyə bildirib.

--------
11:05

Xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.

FeaT.aZ xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, xalq artistinin həmkarı Natəvan Həbibinin şikayəti üzrə polis şöbəsinə çağırılaraq izahatı alınıb. Məsələ ilə bağlı müğənni Natəvan Həbibi ilə əlaqə saxlanılıb. Sayta açıqlama verən müğənni sözügedən məsələdən danışıb.

Bəli, mən Aygün Kazımova, Toliki və Zoriki məhkəməyə vermişəm. Bu 3 şəxs hər dediyi ifadələrə görə qanunla cavab verəcək. Aygün Kazımova mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam. Erməni söhbətini ilk dəfə o qaldırıb. Mənə nə edibsə, 5 qatı ona qayıdacaq. Heç vaxt onu bağışlamaram.

Allah cavabını versin. Mənim haqqımda nə deyirsə, hamısı özüdür, özünə deyir. Mən heç kimin qabağında susmamışam və susmaram. Yaşayış yerim üzrə Xəzər Rayon Polis İdarəsinə müraciətimlə bağlı Aygün Kazımova polis idarəsinə çağırılıb və izahatı alınaraq tədbir görülüb. Vaxtı gələndə hamısını ətraflı açıqlayacam. Hər şeyin öz vaxtı var. Natəvan onlar kimi deyil, Natəvan çox ağıllıdır
”.

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.