Röya onu söyənlə "razborka" apardı - VİDEO

23 Mayıs 2015
2 041
0
Röya onu söyənlə "razborka" apardı - VİDEO
Röya onu söyənlə "razborka" apardı - VİDEO




Azərbaycanlı müğənni İnstagram səhifəsində onu söyən şəxsi tapdı

Tanınmış müğənni Röya Ayxan onun rəsmi İnstagram səhifəsində Elnur adlı şəxs tərəfindən söyülüb. Müğənni həmin şəxslə bağlı polisə müraciət edib və onu tapıb.

Daha sonra müğənni həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb. Röya Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də olub və söhbəti gizli kameraya çəkib.

Həmin görüntüləri şəxsi səhifəsində paylaşan Röya bu sözləri yazıb: "Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi?

Kim hansı qiyməti istəyir onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən?

Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "......". Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq! - Röya deyib.




RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.