“Əsl kişi məndən güclü olmalıdır” — Nigar Camal

19 Şubat 2017
3 005
0
“Əsl kişi məndən güclü olmalıdır” — Nigar Camal
“Bir həftə İngiltərədə, bir həftə Bakıda qalıram. Son vaxtlar işimin çoxluğundan bura tez-tez gəlirəm. Bura birdəfəlik köçə bilmərəm, uşaqlarım orada məktəbə gedir. Bəlkə 8 ildən sonra birdəfəlik bura köçə bilərəm”.

Feat.Az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri ”Eurovision 2011”-in qalibi Nigar Camal ”Lider maqazin”ə açıqlamasında deyib.

Müğənni bəyəndiyi kişi tipindən danışıb: ”İndi xoşbəxtəm. Ailəli olanda həyatımda hər şey düz keçirdi deyə bilmərəm. Boşanma səbəbim çox şəxsidir, keçmişdə qalsın. Çox xoşbəxtəm ki, yanımda iki qızım var. Hər qadının övladları olanda xoşbəxt olur. Həyatımda sevgi yoxdur, özümü rahat hiss edirəm. Hər bir qadının tək olmaq istəmədiyi məqam olur. Mənim üçün önəmli sevəcəyim insanın hörmətidir və mənimlə dost olmasıdır. Əsl kişi görünüşlü, məndən güclü olmalıdır. Əsas da uşaq olmasın”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.