Vidadi Bərdəlinin qızı aparıcını şoka saldı

25 Ekim 2014
1 072
9
Vidadi Bərdəlinin qızı aparıcını şoka saldı
Vidadi Bərdəlinin qızı aparıcını şoka saldı

"Qonaqlıq" verilişinin aparıcısı, telejurnalist Tahirə Məmmədqızı ilə Vidadi Bərdəlinin qızı Aytac arasında insident yaşanıb. Belə ki "Qonaqlıq"ın çəkilişinə hazırlaşan aparıcı gün ərzində bir neçə dəfə çəkilişlə əlaqədar Aytacla əlaqə yaradıb. Bir həftə öncədən təyin olunan çəkiliş bu gün müxtəlif səbəblər üzündən alınmayıb. Belə ki, Aytaca "Qonaqlıq"da iştirak etməyi vəd edən müğənni Almaz Ələsgərli və Yaşar Yusuf çəkilişə gələ bilməyəcəklərini söyləyiblər. Qonaqların onun çəkilişinə gəlməməsi müğənnini çıxılmaz vəziyyətə salıb. Aparıcı Tahirə Məmməqızı Aytaca başqa sənətçilərlə əlaqə yaratmağı məsləhət görüb.

Çəkilş zamanı Aytacın məsuliyyətlsizliyi üzündən bir çox problemlər də yaşanıb. Aparıcı ona çəkilişə məsuliyyətsiz yanaşdığını irad bildirib. Verilişin bu gün çəkilib təhvil verilməsinin vacibliyini dəfələrlə Aytacın diqqətinə çatdırmaqlarına baxmayraq Aytac aparıcı ilə mübahisə etməyə başlayıb. Aytaca kömək üçün başqa sənətçilərlə əlaqə yaradılsa da, nədənsə o, "Qonaqlıq"da daha prestijli müğənnilərin olmasının vacibliyni vurğulayraq yaradıcı heyətə hörmətsizlik etməyə başlayıb. Aparıcı ona çəkilişə, mətbuata bu qədər məsuliyyətsiz və hörmətsizlik etməməyi, bunun nəticəsinin heç də xoş olmadığını dilə gətirsə də, Aytac əxlaqını, tərbiyəsini nümayiş etdirməklə aparıcını qadına layiq olmayan ifadələrlə söyməyə başlayıb.

Bu barədə danışan Tahirə Məmmədqızı "İnanın şokdayam. Bir qızın, bir qadının bu qədər rahatlıqa dilinə qeyri-etik, əxlaqsız ifadə gətirə bilməsi məni şoka saldı. Bu verilişin çəkilişinin vaxtı bir neçə dəfə qonaq təfindən dəyişdirildi. Sonda Ağadadaş Ağayev mənimlə əlaqə yaratdı ki, çəkiliş gününü 24-ə təyin edək. Mən də xalq artstinin sözünü yerə salmadın. Ağadadaş Ağayev bildirdi ki, dostlar xahiş ediblər ki, bu qızın qonaqlığında iştirak edim. Biz də razılaşdıq. Çəkiliş günü məlum oldu ki, müğəninin iki digər qonaqları da çəkilişə gələ bilməyəklər.

Vidadi Bərdəlinin qızı ilə danışıb sakitləşdirməyə çalışdım ki, onların yerinə başqa müğənniləri dəvət etsin. Çəkilişin bu gün mütləq baş tutmasının vacibliyini də dəfələrlə xatırlatdım ki, çəkiliş olmasa, efirdə problem yarana bilər. Çəkilişə, verilişə məsuliyyətsiz yanaşmaq düzgün deyil. Məsuliyyətsizliyi azmış kimi Vidadi Bərdəlinin qızı çox qeyri-etik ifadə ilə telefonda məni təhqir etdi. Bir xanımın bu qədər rahat söyüş söyməsi məni inanın çaşqın vəziyyətə saldı. Görünür, ailə tərbiyəsi bu qədər imiş. Tərbiyəsi olan xanım dilinə onun səsləndirdiyi söyüşü gətirə bilməz. Əslində, bizə yox, atasının adına və nüfuzuna hörmətsizliyini nümayiş etdirdi. Həmin məqamda təsadüfən məhz onun qonağı olacaq Ağadadaş Ağayev də bizimlə eyni məkanda idi. Vidadi Bərdəlinin qızının söyüşündən sonra xalq artisti bizə nə deyəcəyini bilməyib, susdu. Bizə də onun səviyyəsinə düşməməyi, sakit olmağı məsləhət gördü" dedi.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_Əlinin Aşkı_
melumata gore sagol canim
..::TeHLuKe::..
reylere gore sagolun
Geriyə_baxma...
nə deyim Vallah... sözüm yoxdu, təşəkkürlər xəbərçün
DiaNa TaLgaToVna
Biraz oxudum bawa duwdum yeni guaada gua yenede tesekkurler......
Omrum Ikimizin
O aparciliga hec yarasmir agzinin danisigi yoxdur
.BanditkA.
Sitat: PsixoPatKa
mugeniden zehlem gedir oxumadim ama can eziyyet cekmisen tewekur

Eyni fikirdeyem
✔ӄɨռɖɛʀ ֆʊʀքʀɨֆ✔
mugeniden zehlem gedir oxumadim ama can eziyyet cekmisen tewekur
Zemichka
hmmmmmm...twk
..::TeHLuKe::..
buyurun...