Afaq Gəncəli bədən ölçülərindən narazıdır.

14 Ocak 2015
2 834
0
Afaq Gəncəli bədən ölçülərindən narazıdır.
Afaq Gəncəli bədən ölçülərindən narazıdır.

Aparıcı Afaq Gəncəli hər zaman hündürdaban ayaqqabı geyinməsinin səbəbini açıqlayıb.

Feat.az-ın əməkdaşı ilə söhbətində o deyib ki, boyunun hündürlüyündən razı deyil:
“Çox kompleksli insan deyiləm. Bircə boyumdan narazıyam. 161 santimetr boyum var. İstərdim ki, 168 olsun. Bu kompleksimə görə heç vaxt düz, rahat ayaqqabı geyinə bilmirəm. Bədən ölçülərimdən də razı deyiləm. Ona görə də, rahat libaslar geyinə bilmirəm. Hər zaman 50 kiloqram olmağı arzulamışam, amma alınmır”.

A.Gəncəli oğlu Qədirxana qoyduğu qadağalardan da söz açıb:
“Ona çox qadağalar qoyuram. Telefon hər zaman işlədə bilər, amma iPad yox. Müəyyən saat oynasın, həmin vaxt bitəndə bunu dayandırmalıdır. Oğlumu heç vaxt döyməmişəm, amma cəzalandırmışam. Səhv edəndə onu ən çox istədiyi nəyisə almamaqla cəzalandırıram”.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.