Qara Dəlik. Hər Şeyin Əvvəli, Hər Şeyin Sonu…

04 Ağustos 2016
2 313
0
Qara Dəlik. Hər Şeyin Əvvəli, Hər Şeyin Sonu…
Siz yəqin ki, bircə dəfə də olsa qara dəliklər haqqında eşitmişiniz. Eşitmiş olmamısınızsa belə narahatçılığa əsas yoxdur. Budəfəki yazımda məhz onlar haqqında söhbət açacağam.
Qara dəliklər kosmosda olan ən qəribə, həm də əsrarəngiz obyektlərdən biridir. Onlar o qədər aşırı sıxlığa malikdirlər ki, hətta işıq belə onların cazibə qüvvəsinin təsir sahəsindən çıxa bilmir. İlk dəfə Albert Eynşteynin 1916-cı ildə əsasını qoyduğu ümumi nisbilik nəzəriyyəsində bir fərziyyə kimi öz əksini tapan qara dəliklər daha sonra 1967-ci ildə astronom Con Viler (John Wheeler) tərəfindən məhz ”qara dəlik” kimi adlandırıldı və nəhayət 1971-ci ildə ilk dəfə müşahidə edildi.
Araşdırmaçılar qara dəliklərin 3 növünü müəyyən ediblər: ulduz mənşəli, supermassiv və aralıq tipli qara dəliklər.

Ulduz mənşəlilər – kiçik, lakin ölümcül


Ulduz öz yanacağını tam bitirdikdə şəkildəyişməyə uğrayır. Kiçik ulduzlar, və günəşdən kütləcə 3 dəfəyə qədər böyük olanlar adətən neytron ulduza və ya ağ cırtdana dönürlər. Böyük olan ulduzlarla isə məsələ bir az başqa cürdür. Böyük ulduzlar “ölüm ayağında olarkən” daxildən sıxılmağa başlayır və öz aşırı cazibəsi sayəsində özləri özlərini “udurlar” və qara dəlik formalaşır.
Bu tip qara dəliklər çox sıx olmaqla yanaşı, həm də olduqca kiçik olurlar. Təsəvvür edin, 3 Günəş boyda bir obyekt bir kəndə şıxışdırılır. Bu, bütün Yer kürəsini futbol topunun içinə sığdırmağa bənzəyir. Bunun nəticəsində ətrafdakı bütün cismlərə olduqca güclü qravitasiya təsir edir və o cismlər qara dəliyin içinə düşür.
Harvard universitetinin astrofizika mərkəzinə istinadən demək olar ki, Süd Yolu qalaktikasında (bizim olduğumuz) bir neçə yüz milyona qədər ulduz mənşəli qara dəlik ola bilər.

Supermassiv qara dəliklər – nəhənglər

Kiçik qara dəliklər kosmosda tez-tez rast gəlinir, ancaq onların daha böyük “dostları” isə qalaktikaları dominə edir. Kütlələri Günəşdən milyonlarla və hətta milyardlarla dəfə çox olan bu obyektlər aşağı-yuxarı Yer kürəsi boyda olurlar və demək olar bütün qalaktikaların mərkəzində azı bir supermassiv qara dəlik var. Kosmoloji təkamül nəzəriyyələrinə görə onlar kainatların sözün əsil mənasında özəyində dayanırlar. Ətrafında yığdığı kosmik toz və hissəciklərin ulduz və digər səma cisimlərinin başlıca mənbəyi olması qəbul edilir. Bu tip nəhənglərin yaranma səbəbləri isə müxtəlif ola bilər. milyonlarla kiçik qardaşlarının birləşməsi nəticəsində yarana bildiyi kimi, ulduz toplusunun bir biri ilə toqquşaraq vahid bir nöqtəyə “düşmələri” nəticəsində də yarana bilərlər.

Aralıq tipli qara dəliklər

Elm adamları uzun müddət qara dəliklərin ya çox nəhəng, ya da çox kiçik olduqlarını fərz edirdilər. Lakin ən son araşdırmalar onu göstərdi ki, orta ölçülü qara dəliklər də vardır. Bu ölçüdə olanlar adətən ulduz toplusunun bir-biri ilə toqquşması nəticəsində yaranırlar. Əgər bir neçə orta ölçülü qara dəlik çox yaxın məsafədə yerləşsələr, onlar əvvəl-axır bir-biri ilə toqquşaraq supermassiv olurlar.

Qara dəliklər haqqında bir neçə fakt:

• Əgər siz qara dəliyə düşsəniz, ilkin nəzəriyyələrə görə o sizi spagetti kimi uzadacaq, amma siz onun mərkəzinə çatana qədər artıq ölmüş olacaqsınız.
• Qara dəliklər sormur. Yəni ki onlarla tozsoran arasında yalnız faəliyyətlərində bəzi vizual oxşarlıqlar var. Cismlər qara dəliklərə özləri yuvarlanıb düşür.
• Əgər ulduz qara dəliyin yaxınlığından keçərsə, qara dəlik onu parçalar.
• Astronomlar hesablayıb ki, qalaktikamızda 10 milyona qədər ulduz mənşəli və Günəşdən 3 dəfəyə qədər böyük olan qara dəliklər var.
• Qara dəlikləri görmək mümkün deyil, çünki onlar heç bir dalğa, hətta işığı belə özlərindən buraxmırlar. Buna rəğmən, onların ətrafında olan cismlərin və kosmik tozun özünü aparmasını tədqiq edərək orda qara dəliyin olub-olmamasını müəyyən etmək olar.

newsworthyplanet.com
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.