Berlin hücumu

20 Aralık 2016
1 081
0
Berlin hücumu
19 dekabr tarixində yerli vaxtla saat 20:00-da Almaniyanın paytaxtı Berlin şəhərində yük maşını ilə gercəkləşdirilmiş terror hücumu. Hadisə yük avtomobilinin Milad bayramı münasibəti ilə təşkil olunmuş bayram yarmarkasında iştirak edən dinc insanların üzərinə sürülməklə törədilmişdir. Berlin polisinin ilkin məlumatına əsasən hadisə nəticəsində 10 nəfər həlak olub, 50-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həlak olanlardan biri yük avtomobilinin sürücüsüdür.

Alman polisi baş vermiş hadisənin nəqliyyat qəzasından daha çox terror aktı olma ehtimalının üzərində dayanır. Hadisə şahidlərinin sözlərinə əsasən yük avtomobili yarmarkaya daxil olduqdan sonra 60-80 metr məsafədə qarşısına çıxan bütün maneələri dağıtmışdır. Polisin məlumatına əsasən Budapeşt küçəsi istiqamətindən gələn yük avtomobil, yalnız Kayzer Vilhelm Kilsəsinin yaxınlığına çatanda dayandırılmışdır. Şübhələnin Berlin Zooloji Parkına doğru qaçdığı müşahidə olunmuşdur. Sürücü olduğu ehtimal olunan şəxslərdən biri polis tərəfindən yaxalanmışdır. Polis yük maşının içərisində olan ikinci bir şəxsin hadisədən sonra ölmüş vəziyyətdə aşkar edildiyini də bildirmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.