Facebookdan ad günü partisinə dəvət göndərdi, minlərlə adam qatıldı

28 Aralık 2016
1 196
0
Facebookdan ad günü partisinə dəvət göndərdi, minlərlə adam qatıldı
Atası qızının 15 yaşı üçün hazırladığı dəvətnamə videosunu Facebookdan hər kəsə açıq paylaşmasıyla bütün dünyada danışılan ad günü partisi, minlərlə adamın iştirakıyla təşkil edildi.

Feat.Az Xarici KİV-ə istinadən bildiri ki, Meksikanın paytaxtı Meksikoya bağlı La Joya qəsəbəsində bir gənc qızın 15. ad gününə minlərlə adam qatıldı.

Atasının ictimai mediada qızının ad günü üçün hər kəsə açıq dəvətnamə göndərməsi üzərinə gənc qız Rubi Ibarra, 15. ad gününü minlərlə adamın qatıldığı bir parti şəklində qeyd etdi.

Ibarra, qonaqları cazibədar paltarı və tacıyla qarşılayarkən, güclü təhlükəsizlik tədbirləri görülüb. İştirakçılar üçün onlarla çadır qurulub və masalar dolusu yeməklərlə xidmət edilib.

Crescencio Ibarra, üç həftə əvvəl qızı Rubinin ad günü partisi üçün hazırladığı dəvətnamə videosunu Facebookdan hər kəsə açıq olaraq paylaşınca 1,2 milyon adam partiyə qatılacağını açıqlamışdı. Ibarra, dəvəti yalnız qonşuları və yoldaşları üçün etdiyini ancaq gələn kimsəni geri çevirməyəcəyini söyləmişdi. Partiyə üç yerli musiqi qrupunun qatılacağını ifadə edən Ibarra, eventdə aparılacaq at yarışında qazanana 490 dollar mükafat verəcəyini ifadə etmişdi.

Bütün dünyada səs gətirən ad günü partisi üçün ictimai media üzərindən bir çox paylaşma edilib. Bu paylaşmaların birində internet istifadəçiləri, əfsanəvi rok qrupu Queen ilə Amerikan qrupu Metallıcanın konsertlərindən fotoşəkillərlə Rubinin ad günü üçün gözlənilən ziyarətçilərin görünüşlərini müqayisə ediblər.

Havalimanında 30% endirim edildi
Meksika hava yolları şirkəti "Rubinin partisinəmi gedirsiniz?" şüarı ilə müştərilərə 30% endirim edildi.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.