Yahoo-nun adı dəyişir

12 Ocak 2017
1 287
0
Yahoo-nun adı dəyişir
Təxminən 6 ay əvvəl Verizon-ya 4,8 milyard dollara satılan Yahoon-un strukturunda yenidən dəyişiklik olacaq.

Belə ki, müqavilə çərçivəsində 49.5 faiz hissəsi Verizon-ya keçən şirkətin qalan hissəsi isə Altaba Inc. adında yeni şirkətə çeviriləcək.

Feat.az bildirir ki, şirkətin SEC-ə verdiyi yazılı məlumatda qeyd edilib ki, Marissa Mayer və Yahoo-nun qurucu ortağı David Filo digər dörd idarə heyəti üzvüylə birlikdə şirəkətin idarə heyətində istefa edir.

Açıqlamaya görə, Altaba-nın yeni idarə heyəti Tor BRAHAM, Eric Brandt, Catherine Friedman, Thomas McInerney və Jeffrey Smith olmaqla beş addan ibarətdir. Eric Brandt Altaba-nın idarə heyəti başçısıdır.

Altaba Yahoon-un Alibaba-dakı 15 faiz və Yaponiyadakı 35.5 faiz hissələrindən ibarətdir.

Altaba-nın bir investisiya şirkəti olaraq fəlaiyyət göstərəcəyi bildirilir.

Yahoo! şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.