Acı Bibər Ölüm Riskini Azaldır
ABŞ-dakı Vermont Universiteti Tibb Fakültəsi araşdırmaçıları, 2015-ci ildə ürək, xərçəng və tənəffüs yolu xəstəliklərinə bağlı ölüm riskinin nizamlı qırmızı acı bibər ilə qidalananda digərlərinə nəzərən 14% daha az olduğu bilindi.
Nəticələri "PLOS ONE" jurnalında dərc olunan yazı, acı qırmızı bibər ilə qidalanmanın, xüsusilə ürək narahatlığına və ifliclə bağlı ölüm riskini 13% nisbətində azaltdığını ortaya çıxardı.
16 min adamın son 23 illik anket nəticələrini analiz edən araşdırmaçılar, iştirakçıları acı bibər qidalanmasına görə təsnif etdi.
13/100 azaldır
Araşdırmanı idarə edən Prof. Dr. Benjamin Littenberg və qrupu, nizamlı olaraq acı bibər yeyənlərdə ölüm riskinin, yeməyənlərə nisbətlə 13% daha az olduğunu tapdı.
Çində araşdırmalar edildi
2015-də aparılan araşdırmada Çinli, İngilis və Amerikalı araşdırmaçılar, 500 min Çinlinin yemək vərdişlərini 7 il boyunca izləmiş və nizamlı olaraq ədviyyat və acı bibər yeyən kəslərdəki ölüm nisbətlərinin digərlərinə görə 100-də 14 daha az olduğunu qeyd etmişdi.