Elm, Ailələrimizin Ömrünü Uzatmağın Yolunu Tapdı!- Maraqlı Məlumat

23 Ocak 2017
1 511
0
Elm, Ailələrimizin Ömrünü Uzatmağın Yolunu Tapdı!- Maraqlı Məlumat

Alimlər bizi önəmli yeni kəşfləri ilə heyrətləndirməyə davam edir. Kaliforniya Universitetindəki tədqiqatçılar, valideynlərimizin həyatlarını necə uzada biləcəyimizə dair yol tapdı. Çarəsi olduqca asandır!



Araşdırmalara görə yalnızlıq yaşlanma sürəcini sürətləndirir və ölümlə yaxından bir əlaqəsi var. Elm insanları ortalama yaşları 71 olan 1600 yaşlı insanı müşahidə etdi. Sağlıq və sosial-iqtisadi durum deyil, sadəcə yalnızlığın incələndiyi araşdırma 6 il çəkdi. Yaxınları tərəfindən davamlı olaraq ziyarət edilənlərin 14%-i ölərkən, ailələrindən özlərini ziyarət edən hər hansı biri olmayan valideynlərin 23%-i öldü.

Elm, Ailələrimizin Ömrünü Uzatmağın Yolunu Tapdı!- Maraqlı Məlumat

İnsanlar yaşlandıqca ailələri ilə olan münasibətlərinə daha çox önəm verir. Lakin eyni zamanda uşaqlar və nəvələr özlərindən əvvəlki nəsillərlə daha az əlaqə qurur.


Çox vaxt yaşlı insanlar dostlarının və qohumlarının problemlərinə qarşı daha tolerant davranırlar. Təcrübələrini gənclərlə paylaşmağa hər zaman hazır olurlar. Həyatda nələrin üzülməyə, səy göstərməyə dəyib, nələrin dəymədiyini anlatmağı sevirlər.



Biz də ailəmizin ya da babalarımızın, nənələrimizin nəsihətlərini dinləməyi sevir, bəzən sadəcə onları qucaqlamağa, onlarla olmağa ehtiyac duyuruq. Ancaq nə qədər vaxtları olduğunu və bizim sevgimizə, ilgimizə nə qədər ehtiyacları olduğunu xatırlamaqda fayda var. Gündə bir telefonla, həftədə bir neçə saat görüşməklə onların daha uzun və xoşbəxt bir həyat yaşamalarını təmin edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.