Bu Yemək Ginnes Rekordlar Kitabına Daxil Oldu

13 Şubat 2017
1 875
0
Bu Yemək Ginnes Rekordlar Kitabına Daxil Oldu
140 ildir babadan nəvəyə miras qalan çöp şiş sənətini davam etdirən gənc iş adamı Mehmet Kaya, məşhur çöpşişləri ilə Ginnes Rekordlar kitabına düşməyi bacardı. Feat.Az Türkiyə mətbuatına istinadən xəbər veri ki, Denizlinin Pınarkent diyarında 140 il əvvəl babalarının başladığı bu ləzzəti davam etdirən və hər gün çöp şiş yemə yarışması təşkil edərək adını əzbərlətdirən Mehmet Kaya, ingilis bir müştərinin təklifi ilə Ginnes Rekordlar Kitabına adını tanıtdırır. Özünə məxsus olan çöp şiş restoranında hər gün yarışma təşkil edən və bütün Türkiyədən iştirakçıların rəğbət göstərdiyi yarışmalarda bu günə qədər ümumilikdə 180 min ədəd çöp şişin yarışma üçün bişirilməsiylə rekord qırdı.


Bütün Türkiyədən İştirakçılar Gəlir.

Məşhur bir türk ləzzəti olan çöp şişləri dünyaya tanıtdıran və çöp şiş ənənəsini davam etdirmək istəyən Mehmet Kaya, “Hər həftə sonu bütün Türkiyədən ailəlikcə iştirakçılar gəlir, bu günə qədər rekord qıran qadın müştərimiz oldu və bir oturuşda 250 çöp şiş yeyərək hamımızı şoka saldı” deyir.

Bu Yemək Ginnes Rekordlar Kitabına Daxil Oldu

Zaman-zaman müştərilərindən belə ortaqlıq təklifi aldığını bildirən Kaya, “180 min ədəd çöp şişdən sonra rekord qırdığımızı öyrənəndə Türkiyənin hər yerində dilerlik təklifi almağa başladım. Bütün dünyaya ənənəvi türk ləzzəti olan bu məşhur yeməyi tanıtdırmaq ən böyük hədəfimdir. Ona görə bu yarışmanı beynəlxalq platformaya çıxaracam. Dünyadakı ən gözəl ləzzətlər bizim mətbəxə aiddir” dedi.

Bu Yemək Ginnes Rekordlar Kitabına Daxil Oldu

Bu Yemək Ginnes Rekordlar Kitabına Daxil Oldu

Bu Yemək Ginnes Rekordlar Kitabına Daxil Oldu

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.