Məşhur müğənni qəzaya düşdü

15 Şubat 2017
1 489
0
Məşhur müğənni qəzaya düşdü
Türkiyəli müğənni Sıla Gençoğlu yol qəzasına uğrayıb.

Feat.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Ankaraya konsert vermək üçün CİP markalı avtomobillə yola çıxan sənətçinin maşını yoldan çıxaraq qəzaya düşüb.

Qeyd olunur ki, qəza zamanı Sıla ilə birlikdə avtomobildə 4 nəfər olub, sürücü istisna olmaqla onlar yaralanıblar.

Yüngül xəsarət alan Gençoğlu təcili tibbi yardım maşını ilə Düzcə Atatürk Dövlət Xəstəxanasına, digər yaralılar isə Qızıl və Sarıqayaya Dövlət xəstəxanalarına aparılıblar.

Sənətçinin meneceri Serkan Güney açıqlamasında bildirib ki, Sılanın vəziyyəti yaxşıdır: "O, xəstəxanada müayinə olundu və hazırda Ankarada konsert vermək üçün yola çıxmışıq".
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.