Yeni doğulmuş qızlarına "Hə" adı qoydular - foto
Feat.Az-ın "Haberler"ə istinadən məlumatına görə, onlar bunu aprelin 16-də keçiriləcək referendumda "Hə" səsi verəcəkləri ilə izah ediblər.
Uşağın atası Mustafa Çelik bildirib ki, onların kəndlərində nə su, nə də yol olmayıb. Amma Rəcəb Tayyip Ərdoğan hakimiyyətə gəldikdən sonra oraya bulaq da çəkdirib. İndi onun şərəfinə ailə də övladlarına belə bir ad qoymaq fikrinə düşüb.
"Evet"nin anası Songül Çelik də həyat yoldaşının verdiyi qərarı normal qarşıladığını və onu dəstəklədiyini söyləyib.