Twitterə yeni funksiya gəlir
Twitterin qurucusu Jack Dorsey, 30 dekabrda fərdi twitter hesabı üzərindən etdiyi bir paylaşımla istifadəçilərə platformada nə kimi dəyişikliklər görmək istədiklərini soruşub. Dorseyə cavab olaraq bir çox adam tweet editleme funksiyasını arzuladıqlarını qeyd etdilər.
Jack Dorsey, tweet tənzimləmənin gündəm mövzusu olduğunu ifadə edib, ancaq bu mövzunun digər ictimai şəbəkələrdəki qədər asan tətbiq oluna bilməyəcəyini də vurğulayıb.
Dorsey, müəyyən müddət içərisində tweet tənzimləmə xüsusiyyətini ilkin olaraq hesabları təsdiqlənmiş istifadəçilərə təqdim edilə biləcəyini ifadə edib. Daha sonralar bu funksiyanın ümumi istifadəçilərə təqdim edilə biləcəyini ifadə etdi.