Kənan Doğulu: "Bereni qısqanmıram"

13 Şubat 2017
1 632
0
Kənan Doğulu: "Bereni qısqanmıram"
Öpüşmə səhnələri ilə əlaqədar Kənan Doğulunun həyat yoldaşını qısqandığı xəbərləri maqazin dünyasında çox danışılmışdı.

Feat.Az xəbər verir ki, Kənan Doğulu şəxsi həyatı ilə əlaqədar bəzi məsələləri izah edib. Beren Saat ilə əlaqədar izah etdikləri isə olduqca diqqət çəkici olub.

"Altı dəfə evlənmə təklifi etdim"

Beren Saata altı dəfə evlənmə təklifi etdiyini, altı ayrı üzük aldığını deyən Doğulu, "Beren zəngin bir bağça kimidir... İçində növ növ çiçəklər açır. Buna görə ona hər gün təkrar aşiq olmanın mümkün olduğu bir qadındır. Mən də hər gün ona aşiq oluram" ifadələriylə sevgisini izah etdi.

"Öpüşmə səhnələrində Bereni qısqanmıram"

"Həyat yoldaşınızın rol aldığı filmlərdə öpüşmə səhnələrini qısqandığınız yazıldı. Bu doğurdandamı belədir?" sualına verdiyi cavabda Kənan Doğulu, bunun doğru olmadığını izah etdi;

"Elə bir şey yoxdur. Heç vaxt olmadı və olmaz. Berenin də, mənim də peşəmiz bəllidir. Mənim kliplərimdə, onun proyektlərində əlbəttə partnerlerimiz olacaq. İkimiz də duyğuyla əlaqədar işlər görürük."
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET