Azərbaycanda gənc oğlan özünü asaraq intihar etdi

16 Şubat 2017
1 861
0
Azərbaycanda gənc oğlan özünü asaraq intihar etdi
Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb.

Feat.Az xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib. Dünən gecə saatlarında yaşadığı Yuxarı Qiyaməddinli kəndində özünü asaraq həyatına son qoyan 23 yaşlı Şəmistan Cəfərov subay imiş və fərdi əməklə məşğul olurmuş. O, anası ilə birgə yaşayırmış və gecə saatlarında anası Şəmistanın asılı vəziyyətdə qalmış meyidini aşkarlayıb.

Bildirilir ki, Ş.Cəfərovun psixoloji vəziyyəti normal olub. Onun hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

milli.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.