İngiltərə premyer liqası tarixinin ən yaxşı futbolçusu müəyyən edildi

07 Şubat 2015
2 271
0
İngiltərə premyer liqası tarixinin ən yaxşı futbolçusu müəyyən edildi
İngiltərə premyer liqası tarixinin ən yaxşı futbolçusu müəyyən edildi



Portuqaliyalı forvard Kriştiano Ronaldo İngiltərədə 1992-ci idlən başlanan premyer liqa tarixinin ən güclü futbolçusu seçilib.
Məlumatı İngiltərə mətbuatı verib. Ronaldo Tyerri Anri , Alan Şirer, Rayan Giqs kimi futbolçuları qabaqlaya bilib. Xatırladaq ki, Ronaldo 2003-2009-cu illərdə İngiltərədə Mançester Yunaytedin şərəfini qoruyub. Onun aktivində 3 ölkə çempionluğu , bir dəfə də ölkə kuboku ilə superkuboku titulu var. Bundan əlavə Ronaldo İngiltərədə Liqa kubokunun qalibi olub , Mançester Yunaytedlə 2007/08 mövsümündə çempionlar liqasını və 2008-də klublararası dünya çempionatını qazanıb.
Həmin ildə Ronaldo "Qızıl top" və "Qızıl buts" mükafatlarını da əldə edib.

İngiltərə Premier Liqasının tarixində azarkeşlərin səsverməsinə əsasən ən güclü futbolçuların siyahısı:


1. Cristiano Ronaldo ("Mançester Yunayted") - 177 səs

2. Thierry Henry ("Arsenal") - 133

3. Ryan Giggs ("Mançester Yunayted") - 95

4. Alan Şirer ("Blackburn", "Nyukasl") - 92

5. Eric Cantona ("Mançester Yunayted") - 89

6. Steven Gerrard ("Liverpul") - 77

7. Dennis Bergkamp ("Arsenal") - 40

8. Gianfranco Zola ("Çelsi") - 24

9. Roy Keane ("Nottingham Forest", "Mançester Yunayted") - 14

10. Patrick Vieira ("Arsenal", "Manchester City") - 6
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.