“Bakı-2015”in loqotipi “Atletiko”ya uğur gətirdi

08 Şubat 2015
1 480
0
“Bakı-2015”in loqotipi “Atletiko”ya uğur gətirdi
“Bakı-2015”in loqotipi “Atletiko”ya uğur gətirdi




Fevralın 7-də İspaniya La Liqasının 22-ci turunda Madridin iki komandası “Atletiko” və “Real” komandaları üz-üzə gəliblər.

Üzərində “Bakı-2015” loqotipi olan formalarla ilk oyuna çıxan “Atletiko” futbolçuları doğma meydanda - “Visente Kalderon” stadionunda kral klubunu 4:0 hesabı ilə darmadağın ediblər.

Madrid derbisinin qalibləri böyük hesablı qələbəyə 14-cü dəqiqədə Tyaqonun qolu ilə başlayıblar. Ev sahibləri 18-ci dəqiqədə Saul Niguezin qolu ilə hesab arasındakı fərqi artırıblar – 2:0. Qarşılaşmanın ikinci hissəsində də hücumlarını davam etdirən “Atletiko” futbolçuları 67-ci dəqiqədə Antoin Qrizmanın, 89-cu dəqiqədə isə Mario Mandzukiçin qolları ilə “Real” üzərində qələbəni rəsmiləşdiriblər.

“Atletiko” komandası bu qələbə ilə “Real” ilə aradakı xal fərqini dördə endirib.

Qeyd edək ki, fevralın 7-də “Bakı-2015” ilk Avropa Oyunları “Atletiko Madrid” komandasının oyunçularının formalarında birinci Avropa Oyunlarının loqotipinin əks olunması haqqında müqavilə imzalamışdı.

Beləliklə, üzərində yeni loqotipin - “Baku-2015”-in əks olunduğu forma “Atletiko” futbolçularına əzəli rəqibləri “Real” ilə oyunda böyük uğur gətirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.