Qulaq dişləyən futbolçu Londona qaydır

08 Mart 2015
1 416
0
Qulaq dişləyən futbolçu Londona qaydır
Qulaq dişləyən futbolçu Londona qaydır

"Liverpul"un baş məşqçisi Brendan Rocers maraqlı açıqlama ilə diqqət çəkib.

"BBC Sport"un məlumatına görə, 42 yaşlı mütəxəssis 2014-cü ilin yayında "Barselona"ya transfer olunan Luis Suaresin yenidən "Liverpul"a dönəcəyini bildirib:

"Luis Suares qayıtsa, yaxşı olardı. O həm futbolçu kimi, həm də insan kimi bizimçün dəyərli olub. O, "Barselona"ya transfer olunandan sonra dəfələrlə "Liverpul"a qayıdacağını deyib. İnanıram ki, o qayıdacaq. Suares qırmızı formanı geyinməkdən və azarkeşləri sevindirməkdən məmnun idi".

2011-ci ildə "Ayaks"dan "Liverpul"a transfer olunan uruqvaylı forvard "mersiasydlılar"ın heyətində 2014-cü ilə kimi keçirdiyi 133 oyunda 82 qol vurub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.