"Qarabağ”ın rəqiblərini tanıyaq

31 Ağustos 2014
2 337
0
"Qarabağ”ın rəqiblərini tanıyaq
"Qarabağ”ın rəqiblərini tanıyaq

F qrupunda qərarlaşan “Qarabağ” İtaliyanın “İnter”, Fransanın “Sent Etyen” və Ukraynanın “Dnepr” klubları ilə mübarizə aparacaq.Təmsilçimizin rəqiblərinə qısaca nəzər yetirək.Sözsüz ki, qrupun ən güclüsü və favoriti İtaliyanın “İnter” klubu sayılır. 18 qat İtaliya çempionu olan “İnter” tarixi ərzində 3 dəfə (1963-64,1964-1965,2009-10) Çempionlar Liqası qalibi 3 dəfə də(1990–91, 1993–94, 1997–98) Avro Liqanın qalibi olub. Ötən mövsüm İtaliya “A seriya2sını 5-ci yerdə tamamlayan “İnter” turnirin ən iddialı komandaları sırasında gedir.

"Qarabağ”ın rəqiblərini tanıyaq

Digər rəqib isə əsası 1919-cu ildə qoyulan Fransanın “Sent Etyen” klubudur. “Sent Etyen” Avro Liqanın play-off mərhələsində Türkiyənin “Karabükspor” klubunu penaltilər seriyasında 4-3 hesabı ilə məğlub etməklə Avro Liqanın qrup mərhələsinə vəsiqə əldə edib. “Qarabağ”ın güclü rəqiblərindən olan “Sent Etyen” 3 turu geridə qalan Fransa çempionatında 7 xalla ikinci sırada gedir. Klub tarixi ərzində 10 dəfə ölkə çempionu 3 dəfə ikinci yerin sahibi olub. Bununla yanaşı, “Sent Etyen” 6 dəfə Fransa kubokunu başı üzərinə qaldıra bilib.


"Qarabağ”ın rəqiblərini tanıyaq

“qarabağ” qrup mərhələsində sonuncu 3-cü rəqibi isə Ukraynanın ən köklü klublarından olan “Dnepr” klubudur. Klubun əsası 1918-ci ildə qoyulub. Ukrayna çempionatında əsasən ikinci və üçüncü yerlərlə kifayətlənən “Dnepr” Avro kuboklarda kifayət qədər yaxşı təsir bağışlayır. 1993-1994 –cü il mövsümündə “Dnepr” Avro Liqanın (UEFA kuboku)1/16 final mərhələsinə qədər irəliləyə bilib. Bundan sonra 2001-02,2003-04,2004-05,2005-2006-ci illər mövsümündə də Avro Liqada mübarizə aparıb Son iki mövsümdə Avro Liqada uğurlu çıxış edən komanda 1/16 final mərhələsinə kimi irəliləyib.

"Qarabağ”ın rəqiblərini tanıyaq


Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.