"Qarabağ"la oyunlar çətin olacaq" - "Dnepr"in rəsmisi

30 Ağustos 2014
1 850
0
"Qarabağ"la oyunlar çətin olacaq" - "Dnepr"in rəsmisi


"Avropa Liqasında mübarizə aparacağımız qrup çox çətindir. İtaliya "İnter”i Avropanın güclü komandalarından biridir. Onlar İtaliya A seriyasının liderlərindən birid. Onlara qarşı oynamaq hər zaman çətindir. "Dnepr” Fransız klubları ilə həmişə çətin oynayıb. Nəticələr isə heç də yaxşı olmayıb”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr"un baş direktoru Andrey Steçenko klubun rəsmi saytına Avropa Liqasındakı mübarizə aparacaqları qrupu dəyərləndirərkən deyib.


"Qarabağ” haqda da fikirlərini bildirən klub rəsmisi Ağdam təmsilçisini tanımadığını söyləyib:

"Düzünü desəm, bu komandanı heç tanımıram. Ancaq son zamanlar Azərbaycanda klub futbolu inkişafdadır və "Qarabağ”ın Avropa Liqasının qrup mərələsinə yüksəlməsi buna bir daha sübutdur. Düşünürəm ki, onlarla oyunlarımız çətin olacaq. Ancaq istənilən halda qrupdan çıxmağa çalışacağıq”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.